Kəlbəcər sakini evdə doğuş etdi

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcər sakini evdə doğuş etdi

Hadisə

24 İyun 2025 17:52 405


Kəlbəcər sakini evdə doğuş edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 10:30 radələrində Mərkəzə Kəlbəcər rayonu, Bəylik kəndi ərazisindən doğuş prosesinin baş verməsi səbəbilə çağırış daxil olub. pizza hut

Təcili tibbi yardım həkimi Gülşən Bayramova tərəfindən 34 həftəlik hamilə olan 23 yaşlı şəxsin vaxtından əvvəl doğuş prosesi çağırış ünvanında icra olunub.

Doğuş zamanı dölün boynuna göbək ciyəsinin dolandığı müşahidə olunub və müvafiq müdaxilə ilə boyun göbək ciyəsindən təhlükəsiz şəkildə azad edilib. Daha sonra isə briqada tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində nəzarətə götürülüb. 

Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (qız) müvafiq tibb müəssisəsinə təxliyə olunub.

Ananın müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabildir. Cinsi qız, çəkisi 2 kq, boyu 44 sm olan körpənin də vəziyyəti qənaətbəxşdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!