Kəlbəcərdə traktor aşdı:   Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə traktor aşdı: Xəsarət alan var

Hadisə

28 Mart 2023 20:22 765


Kəlbəcər rayonunda traktor aşıb, sürücü xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub: “Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayon sakini, 1968-ci il təvəllüdlü Feyruz Bayramov Naftalan şəhər Yol İdarəsinə məxsus traktor ilə qar uçqunu altında qalmış yolun açılması zamanı aşıb və nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal sürücü hadisə yerindən çıxarılaraq xəstəxanaya yerləşdirilib və sol ayağının topuq oynağı tromotik amputasiya edilib”. Pepperoni pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!