Kəlbəcərə yeni yol, tunellər çəkiləcək - Video

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərə yeni yol, tunellər çəkiləcək - Video

Rəsmi

08 Yanvar 2021 22:58 1518


İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri çərçivəsində yol infarstrukturu da tamamilə yenidən qurulur. Füzuli-Şuşa yolundan sonra daha bir rayonumuz üçün yeni yol salınır. Bu yolda Murov dağı silsiləsinin altından tunellər də inşa ediləcək. 

Yenisabah.az xəbər verir ki, artıq Kəlbəcərə yeni yolun inşasına başlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yol Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın istiqamətlərinə nəzərdə tutulub. pizza

Anar Nəcəflinin sözlərinə görə, Laçın və Şuşaya şimal və cənub istiqamətindən də rahat yollarla daxil olmaq mümkün olacaq. Bununla bağlı yeni layihə hazırlanır.

Qeyd edək ki, Kəlbəcərə çəkilən yeni yolun uzunluğu ümumilikdə 190 kilometrə yaxın olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!