Kələm formasına salınan 40 kq narkotik aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Kələm formasına salınan 40 kq narkotik aşkarlandı

Kriminal

22 İyul 2025 15:57 552


Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Yenisabah.az xəbər verir ki, “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kələm” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış keçirilib.

Daha sonra nəqliyyat vasitəsindəki yükə kinoloji xidmət iti vasitəsilə gömrük yoxlaması  tətbiq olunub. Dördpendirli pizza

Yoxlama zamanı yükün içərisindən falqaya bükülmüş şəkildə, fiziki görünüşcə kələm formasına salınan və gömrük nəzarətindən gizlədilən 139 ədəd bağlamadan qablaşdırma ilə birgə ümumi çəkisi 39 kq 895 qram narkotik vasitə - marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

  • Kələm formasına salınan 40 kq narkotik aşkarlandı

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!