“CPM-İnvest İnvestisiya Şirkəti”nin 2024-cü ilin yanvar-noyabr aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 3536 əqd üzrə 2 mlrd. 296,5 mln. manat təşkil edib.
“Yeni Sabah”ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 27% və ya 1,09 mlrd. manat azalıb. Belə ki, 2023-cü ilin ilk on bir ayında "CPM-İnvest”in dövriyyəsi 4,06 mlrd. manat təşkil edib.
Qeyd edək ki, investisiya şirkətinin birja əməliyyatlarının 2,13 mlrd. manatı repo, 699,9 mln. manatı dövlət qiymətli kağızlarının, 109,6 mln. manatı Mərkəzi Bankın istiqrazlarının, 26,4 mln. manatı korporativ istiqrazların və 3,34 mln. manatı isə səhmlərin payına düşüb. pizza mizza
Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 400 min manat nizamnamə kapitalı var. Onun səhmlərinin 100%-i Kəmalə Məmmədova adlı fiziki şəxsə aiddir.
Telegram kanalımız