Kəmaləddin Heydərov bu naziri otelində işlədib – Foto

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərov bu naziri otelində işlədib – Foto

Siyasət

05 Yanvar 2023 08:07 55838


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 3 ildən bəridir ki, Riqadakı "Roma" otelinə müştəri tapa bilmir. Riqanın mərkəzində yerləşən otel hazırda satışdadır, lakin Heydərovun otelə çəkdiyi 13.2 milyon avroluq xərcə baxmayaraq baha hesab olunur.

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.

C. Həsənli qeyd edib ki, satışın səbəbi bəlli olmasa da, böyük ehtimalla Heydərovun öz biznesini bütünlüklə Avropadan çıxarıb daha təhlükəsiz hesab etdiyi Birləşmiş Ərəb Əmirliklərində cəmləşdirmək niyyəti ilə bağlıdır:  pizza sifarişi

“Otel Heydərova məxsus "BENKONS" MMC-nin Latviya filialının mülkiyyətindədir. Fövqəladə hallar naziri oteli bağlamaq qərarı ilə bağlı administrator Linda Murnieseni ötən ilin payızında işdən azad edib. Linda xanım siyasətçidir, Latviyanın keçmiş daxili işlər və müdafiə naziri olub. Nazir kimi dəfələrlə Bakıda rəsmi səfərdə olub. Onun keçmiş həyat yoldaşı Livan mənşəli ərəb Hosam Ebu Meri də siyasətçidir və Latviya parlamentinin deputatıdır”.

 Fotoları təqdim edirik:


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!