Kəmaləddin Heydərovun oğlunun məhkəmə qalmaqalı ilə bağlı vəkildən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Kəmaləddin Heydərovun oğlunun məhkəmə qalmaqalı ilə bağlı vəkildən AÇIQLAMA

Hadisə

22 Sentyabr 2020 18:26 2027


“Mənim müdafiə etdiyim şəxs Biləsuvar sakinidir, sadə bir insandır, nazir oğlu Tale Heydərov deyil”. 

Yenisabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında vəkil Ağababa Qədirov bildirib. 

Qeyd edək ki, “unikal.org” saytı Heydərov Tale Kəmaləddin oğlunun Biləsuvar rayonunda Əliyeva Çinarə Telman qızına məxsus bağ-bostan üçün istifadə olunan torpağını zəbt etdiyi, qadın yerli məhkəməyə müraciət etsə də məhkəmə prosesini uduzduğunu yazıb. Sayt bu şəxsi nazir Kəmaləddin Heydərovun oğlu Tale Heydərov kimi qələmə verib. Sezar pizza

Biləsuvar sakini Tale Heydərovun vəkili Ağababa Qədirov isə APA-ya açıqlamasında isə deyib ki, müdafiə etdiyi nazirin oğlu deyil, sadə bir vətəndaşdır, sadəcə, adı, soyadı və ata adı təsadüfən eynidir. Vəkil mətbuatın onu Çinarə Əliyevanın vəkili kimi təqdim etməsinin də yanlış olduğunu vurğulayıb və mətbuatı belə hallara yol verməməyə, məsuliyyətli olmağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!