Türkiyəli dietoloq Canan Karatay insanlara paketli qidalardan uzaq durmağı, təbii kənd yağı, az bişmiş yumurta, təbii zeytun yağı yeməyi məsləhət görüb.
Yenisabah.az xəbər verir ki, onun fikrincə, meyvələrdə çoxlu fruktoza var və həddən artıq fruktoza qaraciyəri yağlandırır, insulin müqaviməti yaradır:
"Meyvəni sağlam qida olduğu üçün yeyirsinizsə, şəkər və xərçəngdən qurtula bilməzsiniz. Bu gün meyvələr daha uzun müddət saxlana bilsin, eyni ölçüdə olsun deyə, dərmanlardan istifadə edirlər, bu isə çox təhlükəlidir. Fikir versəniz, satışda uşaq başı boyda alma və heyvalar var, bu, normal deyil. Ən sağlam meyvə zeytundur, istədiyiniz qədər zeytun yeyə bilərsiniz".
Yumurtanın daha az bişirilməsi lazım olduğunu vurğulayan C. Karatay əlavə edib: “Mən bunları arıqlamaq üçün deyil, ürək-damar xəstəliklərinin və serebral iflicin qarşısını almaq üçün deyirəm. Təbii, evdə hazırlanmış qatıq və sirkə də çox vacibdir. Yumurtanı az qaynatmalıyıq, çünki hər hansı bir şey yandırıldıqda kanserogen olur və transyağlar əmələ gəlir. Onu həddən artıq qaynadarkən sarısının ətrafında yaşıl və boz membran əmələ gəlir, yəni transyağ. Bu, artıq yumurta deyil, protein tozudur, çox təhlükəlidir.
Bol yumurta yeyə bilərsiniz, insanı tox saxlayır, immunitet sistemini gücləndirir və xolesterini aşağı salır, şəkər xəstəliyinin qarşısını alır".
Telegram kanalımız