Kənddə su müsibəti: Əhali sahəni əllə sulamağa məcbur olub -   Video

saytların hazırlanması

Evə çatdırılma

Kənddə su müsibəti: Əhali sahəni əllə sulamağa məcbur olub - Video

Sosial

22 May 2019 06:58 1308


Zivər Mirzəməmmədova əkib-becərdiyi bu çiyələk sahəsini vaxtında suvara bilmir. O deyir ki, qazancı yaxşı olduğu üçün çiyələk əkməyi seçib, amma əsas problem sudur.

Xaçmazın Qadaşoba, Müzəffəroba, Müşkür və Müşviq kəndlərinin sakinləri ərazilərini vaxtında suvara bilməməkdən gileylidirlər.

Kəndlərə gedən su xətləri yuxarıdan aşağı Qadaşoba, sonra Müzəffəroba, daha sonra isə Müşkür və Müşviq kəndlərindən keçir. Sezar pizza

Aşağı kəndlərin sakinləri deyirlər ki, hər il yuxarı kəndlər əraziləri suvarana qədər, təxminən may ayının əvvəllərinədək, onların əraziləri susuz qalır və ondan sonra su verilişi bərpa olunur.

Bir çox sakin hər gün toplaşıb su almaq üçün Qadaşoba kəndinə getdiklərini deyirlər.

Bu vəziyyətdən Qadaşoba kəndinin sakinləri də, narazıdırlar.

Onlar suyun vaxtında kanala verilmədiyini deyir.

Bu da dörd kəndin ərazilərinin suvarmasında problem yaradır.

Meliorasiya və Su Təsərrüfatı ASC isə deyir ki, bu problem Samur çayında suyun az olması ilə əlaqəlidir. "Samur çayı ətrafında su anbarı olmadığından suyu toplayıb saxlamaq mümkün deyil", qurum deyir.

ASC əlavə kəmərlərin bu problemi həll etməyəcəyini də bildirir.

BBC Azərbaycan

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!