“Kəpəz” “Neftçi”ni məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“Kəpəz” “Neftçi”ni məğlub etdi

İdman

05 Mart 2025 19:46 350


Misli Premyer Liqasının XXV turunun sonuncu oyunu baş tutub.

Yenisabah.az xəbər verir ki, Tovuz şəhər stadionunda "Kəpəz" "Neftçi"ni qəbul edib.

Oyun Gəncə klubunun qələbəsi ilə yekunlaşıb - 1:0. pizza

Yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoev vurub. Bu nəticədən sonra xallarının sayını 22-yə yüksəldən "Kəpəz" 9-cu yerdə qərarlaşıb. "Neftçi" isə 27 xalla altıncıdır.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. "Sabah" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!