“Kəpəz“ oyuna “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Kəpəz“ oyuna “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxdı - Video

İdman

18 Oktyabr 2019 17:09 1555


I Divizionun VII turunda keçirilən “Kəpəz” - “Qarabağ-2” matçı Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyindən Gəncə təmsilçisi bunu görüşdən əvvəl xüsusi şəkildə qeyd edib.

"Yeni Sabah" xəbər verir ki, "Kəpəz"in oyunçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxaraq Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqinə dəstək nümayiş etdiriblər.

Həmçinin meydanın mərkəzində böyük ölçülü üç rəngli bayraq açılıb. Bununla yanaşı, oyun öncəsi stadionda hərbi orkestr Dövlət himnimizi ifa edib. pizza sifarişi

Qeyd edək ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!