“Kəpəz”in sabiq futbolçusu faciəvi şəkildə dünyasını dəyişdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Kəpəz”in sabiq futbolçusu faciəvi şəkildə dünyasını dəyişdi - Foto

İdman

19 Dekabr 2019 20:31 1051


“Kəpəz”in sabiq üzvü, Trinidad və Tobaqo yığmasının futbolçusu Şadon Vinçester faciəvi şəkildə dünyasını dəyişib.

"Yeni Sabah" xəbər verir ki, o, avtomobil qəzası nəticəsində həlak olub.

Qəza futbolçunun vətənində, Qasparilo şəhərinin yaxınlığında baş verib. 27  yaşlı futbolçunun yer aldığı avtomobil idarəetmənin itirilməsi nəticəsində dirəyə çırpılaraq yanıb. Maşında Vinçesterdən başqa daha 3 nəfər həlak olub. pizza sifarişi

Qeyd edək ki, 2018-ci ilin fevralında “Kəpəz”ə transfer olunan Şadon Vinçester mayın sonuna qədər icarə əsasında bu klubda força geyib. O, Gəncə klubunun heyətində 8 oyuna çıxıb. haqqin.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!