Müdafiə Nazirliyinin rəhbər heyəti bir neçə hərbi hissə və bölmələrin döyüş hazırlığı yoxlanıyıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti əvvəlcə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində yaradılmış ƏİK bölmələrində olub, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi üzrə görülən tədbirlərlə maraqlanıblar. pizza hut
Cari ildə bölmələrin ƏİK proqramı üzrə keçiriləcək qiymətləndirmə təliminə hazırlıq prosesi ilə bağlı komandir heyətinin məruzələri dinlənilib. Səhra təlim bazasında keçirilən taktiki-xüsusi hazırlıq üzrə məşğələlərdə əsas diqqət şəxsi heyətin müasir ümumqoşun döyüşünün aparılması üsullarının tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Sonra Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələrin birində komando hazırlığı kursunun gedişi ilə tanış olub. Komandoların silahlanmasında olan artilleriya qurğuları və digər silahların tətbiqi ilə keçirilən məşqlər zamanı hərbi qulluqçuların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.
Baş Qərargah rəisi təlim və məşqlərin intensivliyinin və keyfiyyətinin artırılması, habelə hərbi qulluqçuların döyüş vərdişlərinin inkişaf etdirilməsi məqsədilə hazırlığın gecə və gündüz şəraitində keçirilməsi barədə göstərişlər verib.
Sonda bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, həmçinin hərbi qulluqçuların silah və texnikanın effektiv tətbiqi üzrə bacarıqlarının təkmilləşdirilməsinə dair komandanlıq heyətinə müvafiq tapşırıqlar verilib.
Telegram kanalımız