2022-ci ildə Ermənistan iqtisadiyyatına birbaşa xarici investisiyalar 998,1 milyon dollar təşkil edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan öz "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, bu rəqəm ÜDM-in 5,12%-ni təşkil edir. pizza sifarişi
Nazir qeyd edib: “2021-ci ildə bu rəqəm 366,4 milyon dollar və ya ÜDM-in təxminən 2,5%-i səviyyəsində olub.
Hökumətin məqsədi 2026-cı ilə qədər birbaşa xarici investisiyaların ÜDM-ə nisbətini 6%-ə çatdırmaqdır”.
Telegram kanalımız