“Neftçi”dən böyükhesablı qələbə -   Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”dən böyükhesablı qələbə - Yenilənib

İdman

24 Noyabr 2019 15:57 1342


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulacaq.

"Yeni Sabah" xəbər verir ki, son oyun günündə daha iki görüş baş tutacaq. 

Günün ilk start fiti Zirədə səslənəcək. Qəsəbənin eyni adlı komandası doğma meydanda "Keşlə"ni qəbul edib. Görüş meydan sahiblərinin 3-1 hesablı qələbəsi ilə başa çatıb. Pepperoni pizza

Digər qarşılaşma da Bakıda keçiriləcək. "Neftçi" azarkeşləri önündə turnir cədvəlinin ən son pilləsində qərarlaşan "Qəbələ" ilə üz-üzə gəlib. Meydan sahibləri audsayderi asanlıqla məğlub edib - 4:1.

Qeyd edək ki, cari turda bundan “Sumqayıt” – “Qarabağ” (2:1) və “Səbail” – “Sabah” (1:3) matçları baş tutub.

Premyer Liqa, 12-ci tur

24 noyabr (bazar)

15:00. “Zirə” – “Keşlə” - 3:1

Qollar: Xulio Sezar Rodriges, 6-pen, 11, Cavid Hüseynov, 35 - Ruslan Qurbanov, 45+4 

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev

Zirə İdman Komleksinin stadionu

17:00. “Neftçi” – “Qəbələ” - 4:1

Qol: S.Mustivar, 18, Ö.Buludov, 24, S.Monroz, 35, Platellas, 90+2, - D.Gerye, 90+5(ö.q)

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı

“Bakcell Arena”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!