Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - XƏBƏRDARLIQ

Hadisə

03 İyul 2024 22:18 1074


Sosial şəbəkə dələduzlarının hədəfi bu dəfə tələbələrdir.

Xezerxeber.az-ın məlumatına görə, onlara kəsirlərinin silinəcəyi vədi verilərək, ödəniş istənilir. Bunun üçün tələbələrin şəxsiyyət vəsiqələri və universitetlərdəki şəxsi kabinetlərinin kodu istənilir. Qarşılığında isə 35 manat ödəniş tələb edilir.

Sosial şəbəkələrdə paylaşılan bu elanlara yazılan şərhlərdən belə qənaətə gəlmək olar ki, müraciət edənlər çoxdur. pizza sifarişi

Ekspertlər isə bildiriblər ki, semestr imtahanlarının balları təkcə elektron kabinetlərə deyil, universitetlərin rəsmi arxivinə də yerləşdirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bu vədlərə inanan vətəndaşlar qarşı tərəfə bank kartı məlumatlarını ötürür və yaxud da göndərilən kart hesabına müəyyən məbləğdə vəsait daxil edirlər^

"Nəticədə hər iki haldan sonra vətəndaş kiberdələduzluqla üzləşir. Ona görə də vətəndaşlar diqqətli olmalıdırlar. Belə problemlərlə bağlı müraciət daxil olduqda aidiyyəti üzrə araşdırmalar aparılır və tədbirlər görülür".

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!