“Drag queen”, yəni səhnə performansı üçün ekstravaqant qadın makiyajı və paltarları geyinərək keçirilən şouda iştirak etmək bir rahibə baha başa gəlib.
Yenisabah.az xəbər verir ki, “HBO” kanalının ''Biz buradayıq'' drag" realiti-şousunda iştirak edən 62 yaşlı rahib Kreyq Dyuk şişirdilmiş makiyaj, tüklü pariklərlə müşayiət olunan mini tunika və uzun çəkmələr geyinərək şouda iştirak edib.
Onun xaçını boynundan çıxarmaması dindar kütlə arasında tənqidə səbəb olub. Dominos pizza
Metodist Kilsəsi əhalinin şikayətlərindən sonra Dyuku rəhbərlik etdiyi kilsədəki vəzifəsindən uzaqlaşdırıb və maaşını kəsib.
Bundan sonra "GoFundMe" yardım saytında Dyuk üçün bir anda 58 min dollardan çox ianə toplanıb.
Performansından peşman olmadığını qeyd edən Dyuk bildirib:
"Daha əvvəl heç görmədiyim bir mədəniyyətə baş vurdum və onların əhatəsində oldum. Rahiblikdə belə bir şey var: əgər özün kimi olmayan insanları icmana daxil etmək istəyirsənsə, onların olduğu yerə getməlisən".
Telegram kanalımız