Kim Çen In ictimai tədbirlərin sayına görə rekord vurdu

saytların hazırlanması

Evə çatdırılma

Kim Çen In ictimai tədbirlərin sayına görə rekord vurdu

Dünya

28 Dekabr 2025 19:56 596


Şimali Koreya lideri Kim Çen In 2025-ci il ərzində çox sayda ictimai tədbirdə iştirak edib. O, tədbirlərin sayına görə son doqquz ilin rekordunu qırıb.

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, Şimali Koreyanın dövlət mediası Kim Çen Inın iştirakı ilə 131 ictimai tədbiri qeydə alıb. Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir və ötənilki səviyyədən (127 tədbir) bir qədər yüksəkdir.

2020-ci ildəki pandemiya Kim Çen Inın ictimai çıxışlarının sayını 55-ə endirsə də, son illərdə onun fəaliyyəti durmadan artıb. Bu il onun ictimai fəaliyyəti rəsmi mərasimlər, yerində yoxlamalar, görüşlər, eləcə də hərbi tədbirlərdə iştirakdan ibarət olub. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!