“Kimlər nə danışıbsa, danışsın” –   Ramil Səfərov

saytların hazırlanması

Evə çatdırılma

“Kimlər nə danışıbsa, danışsın” – Ramil Səfərov

Sosial

26 May 2019 07:30 2399


Son günlər sosial mediadanın müzakirə mövzusuna çevrilən şəxslərdən biri də Macarıstanda erməni hərbçisini öldürən Ramil Səfərovdur.

Qeyd edək ki, ölkənin tanınmış jurnalisti Xədicə İsmayıl başda olmaqla bir sıra ictimai fəallar hərbçimizin qəhrəman obrazının yaradılmasına qarşı çıxıb.

Onlar iddia edib ki, Ramil Səfərov üçüncü bir ölkədə yatmış ermənini qətlə yetirməklə ölkənin imicini korlayıb. pizza sifarişi

Bəs görəsən, Ramil Səfərov özü bu iddialar haqqında nə düşünür? 

Hazırda Müdafiə Nazirliyinin zabiti kimi xidmət keçən Ramil Səfərov barəsində deyilənlərdən xəbərdar olduğunu bildirib. O, bu haqda açıqlama verməsi üçün Müdafiə Nazirliyinin icazəsini almalı olduğunu deyib: “Bilirsiniz ki, mən hazırda ordudayam. Mənim açıqlama vermək səlahiyyyətim yoxdur. Kimlər nə danışıbsa, danışsın. Mən birinci icazə almalıyam ki, sonra açıqlama verə bilərəm”.

Gununsesi.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!