“Kinomuzun Mauqlisi” - Əməkdar artistdən həyat yoldaşına

saytların hazırlanması

Evə çatdırılma

“Kinomuzun Mauqlisi” - Əməkdar artistdən həyat yoldaşına

Şou

30 Aprel 2025 11:04 419


Əməkdar artist Gülzar Qurbanova rejissor həyat Elxan Cəfərovla bağlı paylaşım edib.

Yenisabah.az axşam.az-a istinadən  xəbər verir ki, aktrisa həyat yoldaşını ad günü münasibəti ilə təbrik edərək, bunları yazıb:

"Gördüyünüz şəkillərdə iki ürək var. Amma bir ritmlə döyünür. Baxmayaraq, biz fərqli ünsürlərik: o torpaq (buğa), mən od (şir). Məhz bu ziddiyyət bizi bütöv edir. Həyat da bu cürdür - ziddiyyətlərin harmoniyasından doğan bir vəhdət. Birimiz torpağın dərinliklərinə, digərimiz səmaların sonsuzluğuna tutan bir bağıq. Və bu görünməz, möhkəm bağ sayəsində yalnız ailə yox, bir mənəvi ocaq qurmuşuq. Bu ocaq həm də sənətə xidmət, ruhani bir amal üzərində yanır. Biz bu dünyanın ritmini torpaqla göyün birliyində, ahəngində yazırıq. Bu yolun, bu birliyin adı bir vəddir - Azərbaycan mədəniyyətinə verdiyimiz sadiq, səssiz vəd! Pepperoni pizza

Elxan gülümsəyib dedi: “Sən də məni təbrik eləsən, bu an tamamlanar”. Təbrik edirəm, kinomuzun Mauqlisi. Həyatının bu yeni başlanğıcı sənə uğur gətirsin”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!