Kinostudiyada baş verən yanğının səbəbləri araşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Kinostudiyada baş verən yanğının səbəbləri araşdırılır

Hadisə

27 İyun 2025 10:50 417


"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəblərini aidiyyəti qurumlar araşdırır.

Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, ötən gecə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın nazirlitin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb. Toyuqlu pizza

Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!