“Kişi ananın sözünə qulaq asmalıdır, arvadın isə...”

saytların hazırlanması

Evə çatdırılma

“Kişi ananın sözünə qulaq asmalıdır, arvadın isə...”

Sosial

07 İyul 2024 22:59 6282


"O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı müəllim İmran Qasımov olub. İnsan həyatında gənclik çağının mühüm dövr olduğunu deyən İmran müəllimin sözlərinə görə, hər şeyi vaxtında etmək lazımdır:

"Gənclik gözəllikdir, təzə açan bir çiçəkdir. O çiçəyi vaxtsız dərmək olmaz. Onu yetişdirmək lazımdır. Deyirlər ki, 30 yaşına kimi ailən yoxdursa, bundan sonra çətin ola. Ona görə də hər şeyi 20 yaşlarında - gənclik dövründə düzüb-qoşmaq lazımdır". pizza sifarişi

İmran Qasımov anası və həyat yoldaşı ilə münasibətindən də danışıb:

"Mən 40 ildən çoxdur ailə həyatı qurmuşam. Yeri gələndə anamın sözünə qulaq asıram, yeri gələndə anam üstümə qışqırır. Anam mənə əsəbiləşəndə özümü uşaq kimi hiss edirəm. Həmçinin yoldaşımın da sözünə qulaq asıram. Anam məni dünyaya gətiribsə, xanımım da övladlarımı dünyaya gətirib. Necə onun sözünə qulaq asmayım? Heç bir ailə ideal deyil. İdeal ailə yoxdur, kim deyirsə, mənim ailəm idealdır, yalan deyir. Hər bir ailədə söz-söhbət olur".

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!