Kişi arvadını 2 min dollara satıb özünə smartfon aldı

saytların hazırlanması

Evə çatdırılma

Kişi arvadını 2 min dollara satıb özünə smartfon aldı

Maraqlı

24 Oktyabr 2021 12:40 2017


Hindistanın Orissa (Odişa) ştatının polisi arvadını 55 yaşlı bir alıcıya 180 min rupiyə (təxminən 2 min dollar) satan kişini həbs edib.

Yenisabah.az xəbər verir ki, kişi əldə etdiyi pulları smartfona və əyləncələrə sərf edib.

17 yaşlı Radşeş Rana toyundan bir ay sonra öz arvadından canını qurtarmaq qərarına gəlib. Polis qadını çətinliklə azad etməyə müvəffəq olub, çünki onun satıldığı yaşayış məntəqəsinin sakinləri yolu kəsib, zərərçəkəni buraxmaq istəməyiblər.  Toyuqlu pizza

Məlumatda deyilir ki, törətdiyi bu əməldən sonra ər restoranda şam yeməyi yeyib və özünə smartfon alıb. Arvadının qohumlarına isə deyib ki, arvadı onu atıb başqasının yanına gedib. Xoşbəxtlikdən, qızın ailəsi buna inanmayıb, polisə müraciət edib. Cinayətkar artıq cəzaçəkmə müəssisəsinə göndərilib. (Moderator.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!