Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələdi - Azərbaycanda dəhşət

saytların hazırlanması

Evə çatdırılma

Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələdi - Azərbaycanda dəhşət

Kriminal

26 Fevral 2020 16:58 1354


Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. "Yeni Sabah" BAKU.WS-a istinadən xəbər verir ki, Masallı rayon, Təzəkənd kənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. Daha sonra əlindəki silahla özünə atəş açıb. Hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır. Hadisəyə səbəb həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!