Kişi nazir uşağına görə məzuniyyət götürür - Ölkə tarixində ilk

saytların hazırlanması

Evə çatdırılma

Kişi nazir uşağına görə məzuniyyət götürür - Ölkə tarixində ilk

Dünya

15 Yanvar 2020 10:50 1333


Yaponiyanın Ətraf mühit naziri Koidzumi Sindziro dünyaya gələcək övladına qulluq etmək üçün məzuniyyət götürəcək.

"Yeni Sabah" “TASS"-a istinadən xəbər verir ki, nazir övladı dünyaya gəldikdən üç ay sonra iki həftə məzuniyyət götürəcək. Məzuniyyətdə ikən o, əməkdaşları ilə elektron poçt və video zəng vasitəsilə əlaqə saxlayacaq.

Qeyd edək ki, K.Sindziro tanınmış yapon model və teleaparıcı Takiqava Kristellə evlidir. O, ölkə tarixində övladına baxmaq üçün məzuniyyət götürən ilk nazir olacaq. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!