“Kişilərdə ölüm riski daha yüksəkdir” –   İtaliyada ölənlər haqda maraqlı rəqəmlər 

saytların hazırlanması

Evə çatdırılma

“Kişilərdə ölüm riski daha yüksəkdir” – İtaliyada ölənlər haqda maraqlı rəqəmlər 

Dünya

21 Mart 2020 15:34 1989


Uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi, türkiyəli həkim Ənər Çağrı sosial şəbəkə hesabında İtaliyada koronavirusdan həyatını itirən 3200 nəfər  haqqında diqqətçəkən məlumatları paylaşıb. 

Yenisabah.az xəbər verir ki, məlumatlara əsasən, həyatını itirənlərin ümumi yaş ortalaması 78,5, yoluxanların yaş ortalaması isə 63-dür. Bu göstərici qadınlarda 82, kişilərdə 79 yaş ortalamasını əhatə edir. 

Məlumatlara görə, ölən 3200 nəfərdən 2175-i Lombardiya bölgəsində yaşayır və ölümlərin əksəriyyəti bu bölgədə baş verib. Eyni zamanda, virusdan həyatını itirənlər içində uşaqlar və gənclər yoxdur. Qadınlarla nisbətdə kişilərin sözügedən xəstəlikdən ölüm hadisəsi daha çoxdur. pizza

Məlumatda bildirilib ki,  30-39 yaş aralığında 9 nəfər, 40-49 yaş aralığında 27 nəfər, 50-59 yaş aralığında 93 nəfər, 60-69 yaş aralığında 329 nəfər, 70-79 yaş aralığında 1134 nəfər,  80-89 yaş 1309 nəfər, 90 yaşdan yuxarı şəxslərdə isə 298 nəfər həyatını itirib.

Həyatını itirənlərin 2252-i kişi, 948-i qadındır. Buna görə kişilərdə ölüm riski daha yüksəkdir. Həyatını itirənlərin böyük əksəriyyətinin həm də başqa bir xəstəliyi də olub. Buna əsasən, 113 nəfərin ən az 2, 128 nəfərin 3, 234 nəfərin isə ən azı 4 xəstəliyinin olması qeyd edilib.

Ölən 355 xəstədə yüksək təzyiq, 163-də şəkərli diabet, 145-də ürək xəstəliyi, 106-da ürəkdə qan çatışmazlığı, 97-də xroniki böyrək çatışmazlığı olduğu vurğulanıb.

Ölən 481 xəstədən 19,5 faizi xərçəng, 11,9 faizi unutqanlıq, 11,2 faizi isə xroniki ağciyər xəstələridir. Xəstəxanaya gətirilənlərin böyük əksəriyyətində qızdırma və tənəffüs çətinliyi olub. 

Xəstələrin 76 faizində qızdırma, 73 faizində tənəffüs çətinliyi, 40 faizində öskürək müşahidə edilir. Onların böyük əksəriyyəti virusun ilk simptomlarının bəlli olduğu gündən 8 gün sonra ölüb. Xəstəxanaya yerləşdirildikdən sonra koronavirus diaqnozu qoyulanların ölümünün ortalama vaxtı isə 4 gün olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!