Kitabxana və muzeylərin maliyyə vəsaitlərinin istifadə qaydası dəyişir

saytların hazırlanması

Evə çatdırılma

Kitabxana və muzeylərin maliyyə vəsaitlərinin istifadə qaydası dəyişir

İqtisadiyyat

17 Dekabr 2024 14:15 1177


Kitabxana və muzeylərin maliyyə vəsaitlərinin istifadə qaydası dəyişir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara dəyişiklik müzakirə olunur.

“Kitabxana işi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, 31-ci maddənin üçüncü hissəsinin ikinci cümləsində “vəsait kitabxananın sərəncamında qalır” sözləri “vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir. Toyuqlu pizza

“Muzeylər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə, 25-ci maddənin ikinci cümləsində “gəlir bütövlükdə muzeylərin sərəncamında qalır” sözləri “gəlirdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir” sözləri ilə əvəz edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!