KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır

saytların hazırlanması

Evə çatdırılma

KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır

Siyasət

18 Fevral 2026 19:28 526


ABŞ Prezidenti Donald Trampın administrasiyası İranda iri hərbi əməliyyatın başlamasına bir çox amerikalının təsəvvür etdiyindən daha yaxındır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.

Nəşrin qiymətləndirməsinə görə, hərbi əməliyyatlar çox yaxın vaxtda başlaya bilər. ABŞ özünün və müttəfiqlərinin əhəmiyyətli qüvvələrini cəlb etməklə Venesueladakından daha böyük əməliyyat həyata keçirəcək. Dördpendirli pizza

Mümkün əməliyyat öz miqyası baxımından böyük müharibəni xatırladacaq, o Yaxın Şərqdə yerləşdirilmiş aviadaşıyıcıları, döyüş gəmilərini, yüzlərlə qırıcını və hava hücumundan müdafiə sistemlərini əhatə edəcək.

Ekspertlərin qiymətləndirməsinə görə, amerikalı və israilli hərbçilər birgə genişmiqyaslı əməliyyat keçirə bilər, bu isə regiona ciddi təsir göstərəcək və beynəlxalq səhnədə əsas hadisəyə çevriləcək.

Gərginliyin artması iqtisadiyyatda da öz əksini tapır: ekspertlərin fikrincə, ABŞ və İran arasında mümkün hərbi toqquşma barədə xəbərlərə cavab olaraq neft qiymətləri əhəmiyyətli dərəcədə artıb, çünki mühüm dəniz yolları vasitəsilə təchizatda fasilələrin yaranması riski bazarlarda qeyri-müəyyənliyi gücləndirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!