Kiyevdə su və istilik təchizatı dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdə su və istilik təchizatı dayandırıldı

Dünya

10 Yanvar 2026 15:41 556


Kiyevdə yanvarın 10-u səhərdən su və istilik təchizatı, eyni zamanda, elektriklə işləyən nəqliyyatın hərəkəti dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.

"Ukrenerqo" Milli Enerji Şirkətinin göstərişi ilə şəhərdə qəza elektrik kəsintisi tətbiq edilib. Su və istilik təchizatı, elektrik nəqliyyatı sistemlərinin işi dayandırılıb", - inzibati orqan vurğulayıb. Toyuqlu pizza

Enerji mütəxəssisləri bütün sistemləri mümkün qədər tez normal rejimə qaytarmaq üçün bərpa işləri aparırlar.

"Əvəzləyici avtobus marşrutları işə salınacaq", - məlumatda bildirilib.

Qeyd edək ki, Rusiya yanvarın 10-na keçən gecə Ukraynaya "İskəndər-M" ballistik raketi və 120-dən çox dron ilə zərbə endirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!