Klinika rəhbəri arvadını niyə güllələyib:   XƏYANƏTİN acı sonluğu

saytların hazırlanması

Evə çatdırılma

Klinika rəhbəri arvadını niyə güllələyib: XƏYANƏTİN acı sonluğu

Kriminal

17 İyul 2025 09:22 5475


Bakıda klinika rəhbərinin arvadını güllələməsinin təfərrüatı məlum olub.

“Yeni Sabah” Teleqraf-a istinadən xəbər verir ki, hadisə “Yüksəliş” MTK-nın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın qarajında baş verib.

Burada Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb isə V.Kərimovun başqa qadınla qeyri-rəsmi nikah münasibətləri saxlaması olub. F.Kərimova bundan xəbər tutub, əri ilə münasibəti olan qadını axtarıb tapıb və yaşadığı ünvana gedərək irad bildirib, ərindən əl çəkməsini tələb edib. Pepperoni pizza

Vasif Kərimov arvadının bu hərəkətlərindən narazı qalıb. O, həyat yoldaşını binanın qarajında gözləyib və qarşılayıb. Onlar qadının idarə etdiyi “Toyota Prado” markalı avtomobilə əyləşiblər. Burada cütlük arasında dava düşüb.

V.Kərimov arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın xilas olmaq üçün avtomobildən düşərək qaçmaq istəyib. V.Kərimov özünə məxsus “Land Rover” markalı avtomobildən silahı götürüb, arvadının ardınca gedib və atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.

Yaralı qadın Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib və cərrahi əməliyyatı olunub.

Cütlüyün 3 övladı var. F.Kərimova işləmir. Onlar 7-8 ildir həmin ünvanda yaşayırlar.

Qeyd edək ki, Vasif Kərimov Referans Medı-Art Hospital MMC-nin (Mərdəkan filialı) direktorudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!