Klüyvert millinin baş məşqçisi təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Klüyvert millinin baş məşqçisi təyin edildi

İdman

06 Yanvar 2025 17:39 626


Niderland millisinin və “Barselona”nın sabiq futbolçusu Patrik Klüyvertin yeni iş yeri müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, 49 yaşlı mütəxəssis İndoneziya millisinə baş məşqçilik edəcək.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb pizza mizza

İndoneziya Futbol Federasiyası Klüyvertlə 2+2 illik müqavilə imzalayacaq. Xəbərdə qeyd olunub ki, yanvarın 12-də mütəxəssis üçün rəsmi təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, Klüyvertin son iş yeri Türkiyənin “Adana Demirspor” klubu olub. O, bunadək Kurasao millisini də çalışdırıb.

Klüyvert futbolçu karyerası ərzində isə "Ayaks", "Milan", "Barselona", "​​Nyukasl", "Valensiya", PSV və "Lill"də çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!