Kobaxidze Baydenin dəvətlilər siyahısından çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Kobaxidze Baydenin dəvətlilər siyahısından çıxarıldı

Dünya

25 Sentyabr 2024 11:15 421


ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarıb.

Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, bu barədə administrasiya və Konqresdəki mənbələrinə istinadən məlumat yayıb.

ABŞ prezidenti Co Bayden sentyabrın 25-də Nyu-Yorkda ənənəvi qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini qəbul edəcək. Məlumata görə, Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze daha əvvəl ABŞ prezidentinin qəbuluna dəvət olunanlar siyahısında olub, lakin Bayden administrasiyası dəvəti ləğv edib. Dördpendirli pizza

Konqresdəki digər mənbə “Amerikanın Səsi”nə dəvətin ləğv edildiyini təsdiqləyib.

Məlumata görə, administrasiya baş nazirin dəvətini ləğv etməklə yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş nazir Kobaxidze ilə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan arasında görüşdən də imtina edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!