Gürcüstanın baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya əhalisini vahid gürcü dövlətində yaşamağa çağırıb.
Yenisabah.az xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu sessiyasının tribunasından çıxışı zamanı o, ölkənin ərazi bütövlüyünün bərpası yolunu qarşılıqlı bağışlamada gördüyünü deyib.
Kobaxidze bildirib: “İşğal xəttinin o biri tərəfindəki, Abxaziya və Sxinvali bölgəsindəki xalqımıza müraciət etmək istərdim: birlikdə xoşbəxt, vahid və inkişaf etmiş Gürcüstanda birlikdə yaşaya bilərik. Ölkəmizdə bütün dağılmış körpüləri bərpa etməliyik”. Dördpendirli pizza
Daha sonra baş nazir deyib ki, Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək hakimiyyətin əsas prioritetidir:
“Bizim vəzifəmiz dövlətin bütövlüyünü sülh yolu ilə bərpa etməkdir və bu istiqamətdə yol qarşılıqlı bağışlama və qarşılıqlı barışıqdan keçir”.
Telegram kanalımız