Koçaryan baş nazir olmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Koçaryan baş nazir olmaq istəyir

Rəsmi

25 Yanvar 2021 15:56 939


Ermənistanın eks-prezidenti, Qarabağdakı separatçı hərəkatın liderlərindən biri olmuş Robert Koçaryan yenidən siyasətə qayıdır.

Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, eks-prezidentə yaxın mənbələrin bildirdiyinə görə, Koçaryan siyasətə qayıtmağa və gələcəkdə baş nazir postunu tutmağa razıdır.

“Koçaryan siyasi iddialarını xalqın onu dəstəklədiyini hiss etdikdən sonra göstərəcək. Hazırda o, həmin dəstəyin olmadığını söyləyib”-deyə mənbə açıqlayıb. pizza mizza

Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlmək üçün aktivləşib. Robert Koçaryanın yeni siyasi partiya yaratması ehtimalının yüksək olduğu xəbər verilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!