Koçaryan proqnoz verdi: “Hakimiyyətin ömrü qısa olacaq”

saytların hazırlanması

Evə çatdırılma

Koçaryan proqnoz verdi: “Hakimiyyətin ömrü qısa olacaq”

Dünya

30 İyul 2019 16:43 956


Ermənistanın indiki hakimiyyətinin ömrü qısa olacaq və bu cür idarəetmə ilə hazırkı baş nazir ikinci dəfə seçilə bilməyəcək. 

“Yeni Sabah” xəbər verir ki, bu fikri ölkənin sabiq prezidenti Robert Koçaryan “Qolos Armenii” nəşrinə müsahibəsində səsləndirib.

Sabiq prezident bildirib ki, yüksək ehtimalla ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. “Seçicilər populist siyasətçilərin boş vədlərindən təngə gəliblər və seçkilərdə bunu aydın ifadə edəcəklər”, -deyə Koçaryan əlavə edib. Onun sözlərinə görə, Ermənistan müxalifətinin birləşməsi üçün çox əlverişli şərait yaranıb. “Hakimiyyətə qarşı çıxış edən müxalifətin müxtəlif mərkəzləri olacaq, lakin onların arasında fəal qarşılıqlı fəaliyyət yaranacaq. Ölkədə sağlam qüvvələrin konsolidasiyasına böyük ehtiyac duyulur. Bu proses parlament müxalifətinin də fəallaşmasına səbəb olacaq, əks halda onlar öz elektoratını itirəcəklər”, -deyə sabiq dövlət başçısı vurğulayıb. pizza hut

Koçaryanın sözlərinə görə, payızda müxalifət düşərgəsində hakimiyyətə qarşı birləşmə prosesi başa çatacaq, siyasi mübarizə isə daha sistemli və genişmiqyaslı xarakter alacaq.

Xatırladaq ki, sabiq prezident hazırda həbsdədir. O, 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi cəhdində ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!