“Köhnə qvardiyadan sillə vuranlar gedəcək“ - Zərdüşt Əlizadə

saytların hazırlanması

Evə çatdırılma

“Köhnə qvardiyadan sillə vuranlar gedəcək“ - Zərdüşt Əlizadə

Siyasət

28 Noyabr 2019 19:26 1097


"Milli Məclisin buraxılması qərarından sonra erkən seçkilər keçirilə bilər".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Qaynarinfo-ya politoloq Zərdüşt Əlizadə açıqlama verib. O, parlamentin heyətinin dəyişəcəyini istisna etməyib.

"Bir müddətdir şərti çevrədə belə ehtimallar səsləndirilirdi. Çox güman ki, köhnə qvardiyadan sillə vuranlar, heç nədən başı çıxmayanlar gedəcək, yerlərinə isə daha gənc və savadlı adamlar gələcək", - deyə politoloq bildirib. Marqarita pizza

Qeyd edək ki, bir qədər öncə YAP-ın Siyasi Şurasının təcili iclasında Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edilib. Qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!