“Komanda həddindən artıq yüklənib” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Komanda həddindən artıq yüklənib” - Qurban Qurbanov

İdman

06 Dekabr 2019 19:38 993


"Bir xal qazandıq, bu il çempionatda son oyunumuz idi. Mövsümün birinci hissəsini lider kimi tamamladıq".

"Yeni Sabah" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIV turunda evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçədən sonra söyləyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, "Keşlə" yaxşı formalaşmış komandadır: "Qarşıda Avropa Liqasında "Düdelanj"la və Azərbaycan Kubokunun 1/4 finalında "Keşlə" ilə oyunlarımız var. Komanda həddindən artıq yüklənib. Bizi daha gərgin çempionat gözləyir. Biz və rəhbərlik komandanın yanında olacağıq. Onlar daha artığına layiq və qadirdilər". Toyuqlu pizza

Qurbanov qapıçı Asmir Beqoviçin ehtiyatda saxlamasına da aydınlıq gətirib: "İlin sonunda icarə müqaviləsi başa çatır. Bizdən asılı olanı edəcəyik ki, qalsın. Özü də qalmaq istəyir. Şəhəri, komandanı bəyənir. Qapıçı mövqeyi ilə bağlı əvvələr də rotasiyalar olub. Filip Ozobiç komanda ilə məşqlərə başlayıb. İmkan olsa, qarşıdakı matçlarda şans verəcəm". /report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!