Ermənistan Milli Məclisində daha bir istefa gözlənilir.
Yenisabah.az “Joqovurd”a istinadla xəbər verir ki, xarici əlaqələr daimi komissiyasının sədri Eduard Ağacanyan istefa vermək və komitə sədri vəzifəsini tərk etmək istəyir.
Dekabrın 20-də növbədənkənar sessiya başlamazdan əvvəl hakim “Vətəndaş müqaviləsi” fraksiyasının iclası keçirilib və həmin iclasda Ağacanyan niyyətini açıqlayıb. Marqarita pizza
Ağacanyan komanda yoldaşlarına deyib ki, onun yerinə daha yaxşı komitə sədri tapa bilərlər.
Xatırladaq ki, E. Ağacanyan Baş nazir Nikol Paşinyana yaxınlığı ilə seçilən kadrlardan biridir.
Telegram kanalımız