Komitə səyyar qəbul keçirir

saytların hazırlanması

Evə çatdırılma

Komitə səyyar qəbul keçirir

Sosial

08 May 2019 13:30 1071


“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası 8-10 may tarixlərində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində keçiriləcək. 

“Yeni Sabah” xəbər verir ki, çevik müraciət və əlçatan xidmətlərdən yararlanmaq istəyən sakinlər saat 09:00-dan 17:00-dək səyyar xidmət avtobusuna yaxınlaşa bilər.

Mobil ofisdə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri, qeyri-yaşayış sahələri və digər daşınmaz əmlakların qeydiyyatı üçün sənədlərin toplanması, texniki pasportların verilməsi kimi xidmətlər göstərilir.  pizza hut

Kampaniya çərçivəsində əhalinin qeydiyyat ilə bağlı maarifləndirilməsi də həyata keçirilir. Belə ki, sakinlərə xidmət prosedurları, tələb olunan sənədlər, dövlət rüsumu və xidmət haqqı ilə bağlı məlumat verilir, hüquqi yardım göstərilir. Eyni zamanda, vətəndaşlar elektron çıxarışa tam keçid barədə maarifləndirilir, elektron çıxarışların üstünlükləri, istifadə qaydaları izah olunur.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!