Konfrans Liqası: “Neftçi“ bu gün Avstriya klubu ilə üz-üzə gələcək

saytların hazırlanması

Evə çatdırılma

Konfrans Liqası: “Neftçi“ bu gün Avstriya klubu ilə üz-üzə gələcək

İdman

04 Avqust 2022 08:21 997


"Neftçi" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Yenisabah.az xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edəcək.

"Bakcell Arena"da oynanılacaq görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək. Dominos pizza

Oyun öncəsi "ağ-qaralar"da yeganə itki Sezar Meza Kollinin yoxluğudur. Əməliyyat olunan paraqvaylı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Qonaqlardan Martin Mormanın Bakıdakı matçı buraxacağı dəqiqdir. Patrik Qraylın isə oyunda iştirakı sual altındadır.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!