İrlandiyalı döyüşçü Konor Makqreqor Moskvada keçirdiyi mətbuat konfransında dağıstanlıları "qorxaq" adlandırıb, Həbib Nurməhəmmədovun ünvanına təhqirlər səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, Makqreqor Həbibin onunla döyüşməkdən qorxduğunu deyib:
"O, ancaq qalib gələ bildikləri ilə döyüşür. Biz hamımız bilirik ki, dağıstanlılar kimdir. Onlar qorxaqdırlar, qaçandırlar. Ruslardan da qorxurlar, çeçenlərdən də. Həbib də belədir. Bu, onun təbiətindədir. O, burada, Moskvada mətbuat konfransı keçirməkdən qorxub qaçdı". pizza hut
Makqreqor bildirib ki, Həbiblə məsələni belə qoymayacaq. Yenidən qayıdacaq və onunla döyüşəcək.
Telegram kanalımız