Konqo və Ruanda arasında sülh sazişi imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Konqo və Ruanda arasında sülh sazişi imzalandı

Siyasət

05 Dekabr 2025 01:43 628


Konqo Demokratik Respublikasının (KDR) Prezidenti Feliks Çisekedi və Ruanda Prezidenti Pol Kaqame iki ölkə arasında sülh sazişi imzalayıblar.

Oxu.Az "Fox News" telekanalına istinadən xəbər verir ki, Mərasim Vaşinqtondakı Sülh İnstitutunda keçirilib.

Tədbirdə iştirak edən ABŞ lideri Donald Tramp bildirib ki, saziş daimi atəşkəsi, qeyri-dövlət silahlı qüvvələrinin tərksilah edilməsini, qaçqınların öz evlərinə qayıtmasını və "qanunsuz cinayətlərə" qarışanların məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Pepperoni pizza

Saziş KDR-nin şərqində dörd il əvvəl aktivləşmiş üsyançı qruplaşmalarla döyüş əməliyyatlarına son qoyur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!