Konqresmenlərdə virus tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Konqresmenlərdə virus tapıldı

Dünya

19 Mart 2020 07:45 478


ABŞ konqresmeni Mario Dias-Balart (Florida ştatından respublikaçı) ölkənin qanunverici orqanının koronavirusun aşkarlandığı ilk üzvü olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat xidmətinin bəyanatında deyilir. "(Ötən həftə) şənbə günü axşam konqresmen Dias-Balartda qızdırma və baş ağrısı əlamətləri meydana gəlib. Bir müddət əvvəl ona COVİD-19 xəbərdarlığı edilib", - sənəddə qeyd edilir.

"Mən özümü çox yaxşı hiss edirəm", - deyə Dias-Balart özünün “Twitter”dəki səhifəsində yazıb. O, hamını ehtiyat tədbirlərinə riayət etməyə çağırıb. pizza

ABŞ Konqresinin digər üzvü, Yuta ştatından olan demokrat Bencamin Makadams da koronavirusa yoluxub. “Vaşinqtondan Kolumbiya dairəsinə qayıtdıqdan sonra məndə soyuqdəymənin əlamətləri müşahidə edildi”, deyə o bildirib və əlavə edib ki, sonra xəstəlik güclənib.

“Çərşənbə axşamı həkimim mənə COVID-19 testindən keçməyi təklif etdi və bundan sonra mən yerli klinikaya getdim. Bu gün bildim ki, testin nəticələri müsbət oldu", - Makadams bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!