Əməkdar artist Könül Kərimovanın oğlu Rəşad xəstəxanaya yerləşdirilib.
"Yeni Sabah"ın Xəbərçi.az-a istinadən məlumatına görə, Mərkəzi Klinikaya təcili tibbi yardımla çatdırılan Rəşadın ürəyində ciddi problemləri olduğu aşkarlanıb, anju əməliyyatı keçirib.
Oğlunun durumu ilə bağlı açıqlama verən Könül Kərimova məlumatı təsdiqləyib: Marqarita pizza
“Xəbər doğrudur. Səhərdən ağrıları var idi, elə bilirdik mədəsidir, amma sən demə, ürəyi imiş. Allah qorudu. Anju oldu, indi yaxşıdır”.
Telegram kanalımız