Koronavirus adi xəstəliyə çevrilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus adi xəstəliyə çevrilə bilər

Sağlamlıq

13 Fevral 2021 20:58 915


Böyük Britaniya hökuməti hesab edir ki, bu ilin sonuna qədər COVID-19 qrip kimi vərdiş halına gələcək və müalicəsi nisbətən asan olacaq.

Yenisabah.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Naziri Matt Hankok “The Daily Telegraph” qəzetinə müsahibəsində deyib.

“Ümid edirik ki, COVID-19 ilin sonuna qədər müalicə edilə bilən bir xəstəliyə çevriləcək”, - deyə o bildirib. Pepperoni pizza

Onun sözlərinə görə, bu, yaxşılaşdırılmış müalicə protokolları, COVID-19-a qarşı effektivlik göstərən yeni dərmanların ortaya çıxması və kütləvi peyvəndlər sayəsində reallaşacaq.

Britaniyalı nazir əlavə edib ki, nəticədə, hər birimizin həyatını təsir edən pandemiyalardan olan COVID-19 qrip kimi yaşamağımız lazım olan növbəti xəstəlik olacaq.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!