"Koronavirus çağrılmamış qonaq kimi gəldi" - Həsən Ruhani

saytların hazırlanması

Evə çatdırılma

"Koronavirus çağrılmamış qonaq kimi gəldi" - Həsən Ruhani

Dünya

25 Fevral 2020 13:37 607


İran İslam Respublikasının Prezidenti Həsən Ruhani avtomobil yollarından birinin açılış mərasimindəki çıxışı zamanı koronavirusdan da danışıb. "Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, Ruhani koronavirusu çağrılmamış qonağa bənzədib: "Xalqın panikaya düşməsi üçün heç bir səbəb yoxdur. Səhiyyə Nazirliyinin göstərişlərinə əməl etmək lazımdır. Koronavirus, İnfluenza B virusundan daha təhlükəli deyil. Biz ondan xilas olduq, koronadan da qurtulacağıq. Koronavirus çağrılmamış qonaq kimi gəldi və bütün ölkələrə yayıldı". Prezident virusdan müdafiə olunmaq üçün istifadə edilən gigiyenik məhsulların qiymətinin qalxmasına da münasibət bildirib. "Heç kim bu vəziyyətdən suistifadə etməməlidir. Xalqın çətin günlər üçün saxladığı pullara göz dikmək olmaz", deyə H.Ruhani qeyd edib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!