Koronavirus laboratoriyadan sızıb? -   ÜST-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus laboratoriyadan sızıb? - ÜST-dən açıqlama

Sağlamlıq

19 Mart 2021 10:43 866


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyini araşdıran mütəxəssisləri COVID-19-un laboratoriya mənşəli olması və oradan sızması versiyasının həqiqətə uyğun olduğunu qəbul etməyiblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Uhanda Çinin ÜST-ün missiyası ilə işləmiş mütəxəssislər qrupunun rəhbəri Lyan Vannyan bildirib.

Bununla belə, alim qeyd edib ki, əgər ortaya yeni sübutlar çıxsa, bu versiyanı yenidən nəzərdən keçirə bilərlər. pizza mizza

Vannyan qeyd edib ki, rəsmi hesabat hələ dərc edilməyib, amma bu, mütəxəssislər arasında fikir ayrılıqlarının olması ilə bağlı deyil.

"Biz yüksək səviyyəli ətraflı, dəqiq və elmi hesabatı təqdim etmək istəyirik, buna görə də proses bir müddət vaxt aparacaq", - qrupun rəhbəri əlavə edib.

Daha əvvəl məlum olub ki, Çin COVID-19 mənşəyinin müəyyənləşdirilməsi üçün ÜST-lə işləməyə davam edəcək.

Çin hakimiyyəti 2019-cu ilin 31 dekabrında Uhan şəhərində pnevmaniyanın yayılması haqqında bildirib. 2020-ci ilin 11 martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusu pandemiya elan edib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!