ABŞ-ın Los-Anceles şəhərində koronavirusun yayılmasının qarşısını almaq üçün daha sərt tədbirlər həyata keçirilə bilər.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, bu barədə şəhərin meri Erik Qarsetti açıqlama verib. O, "evdə qal" çağırışına əməl etməyən iş yerlərinin cəzalandırılacağını bildirib.
Mer qeyd edib ki, izolyasiya şəraitinə uyğun olmayan iş yerlərinin suyu və elektrik enerjisi kəsiləcək. Dominos pizza
“Buna son verməlisiniz. Hərəkətə keçib, iş yerlərinizi bağlamaq üçün şansınız var, əgər bağlamasanız, biz gəlib bağlayacağıq”, -deyə şəhər meri qeyd edib.
Xatırladaq ki, Los-Anceles ABŞ-da koronavirusa görə xüsusi karantin rejiminə keçən ilk şəhər olub.
Telegram kanalımız