Koronavirus təxribatları hansı məqsəd daşıyır?

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus təxribatları hansı məqsəd daşıyır?

Dünya

06 Mart 2020 14:37 973


“Rusiyada koronavirusla əlaqədar təxribat xarakterli xəbərləri xaricdən qaynaqlanır”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşü zamanı deyib. 

Onun sözlərinə görə, bu faktı Federal Təhlükəsizlik Xidməti (FTX) müəyyən edib. “Federal Təhlükəsizlik Xidməti bildirir ki, bunlar əsasən xaricdən təşkil olunur. Təəssüf ki, bu həmişə bizi təqib edir. Belə xəbərlərin məqsədi başa düşüləndir - əhali arasında çaxnaşma salmaq", -  deyə Putin vurğulayıb. Toyuqlu pizza

Rusiya Prezidenti əlavə edib ki, əslində koronavirus mövzusu informasiya müharibəsi aparmaq, sarı mətbuat tərəfindən “klikbeyt” etmək, həmçinin maliyyə bazarları ilə manipulyasiya üçün ideal vasitədir. Ona görə də bu günlərdə informasiyanı başqaları ilə bölüşməzdən əvvəl onu təkrar-təkrar yoxlamağa tənbəllik etməmək xüsusən vacibdir.

Konspirasiya həvəskarları Putinin fikirlərini bölüşərək əlavə edir ki, təxribat xarakterli məlumatlar yalnız Rusiya ilə bağlı yayılmır. Bu tip xəbərlərdən qlobal güclərin hədəfində olan başqa ölkələrə qarşı da istifadə edilir. Məqsəd isə həmin ölkələrin iqtisadi maraqlarına zərbə vurmaq, sosial partlayışı stimullaşdırmaq və bununla da onu zəiflətməkdir. Bu məsələdə transmilli şirkətlərin də fəallıq etdiyi barədə iddialar var. “Bu bazarda rəqibləri neytrallaşdırmaq üçün əla fürsətdir”, - deyə baş verənlərə konspirativ yanaşanlar bildirir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!