Koronavirus üzündən 70 il sonra ayrıldılar

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus üzündən 70 il sonra ayrıldılar

Maraqlı

10 Fevral 2021 15:07 1007


İngiltərədə 70 ildir birlikdə olan cütlüyü koronavirus ayırıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Mançester yaxınlığındakı bir qəsəbədə yaşayan, 70 ildir evli olan 91 yaşlı Derek Förd və Marqaret Förd koronavirusa yoluxduqdan sonra üç gün fasilə ilə dünyalarını dəyişiblər. 

Cütlüyün son görüntüsü xəstəxana palatasında əl-ələ tutduqları foto olub. Foto qısa zamanda sosial şəbəkələrdə yayılaraq çoxsaylı müzakirələrə səbəb olub.  Toyuqlu pizza

İngilis mətbuatına danışan Derek və Marqaretin qızı Barbara Smit valideynlərinin xəstəxanada ayrı şöbələrdə qaldıqlarını və görüş anlarının çox kövrək keçdiyini bildirib. Cütlüyün 14 yaşından bəri birlikdə olduğunu bildirən xanım “Onlar ömürlərinin sonuna qədər bir-birini sevdilər” – deyərək gözyaşlarına hakim ola bilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!